Layihələr


“Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi yenə də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2012-ci il üçün elan etdiyi QHT-lərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqədə müvəffəqiyyətlə iştirak etmiş və QHT Şurasının maliyyə yardımı ilə “Azərbaycanda kiçik və orta sahibkarlığın məsləhət xidmətlərinə olan tələbatının öyrənilməsi, kiçik və orta sahibkarlığın inkişafında yaxından iştirak etmək məqsədilə pulsuz məsləhət xidmətləri təklif edən internet portalının təşkil olunması” layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində respublikamızın 15 yaşayış məntəqəsində (Bakı, Sumqayıt, Quba, Xaçmaz, Ağsu, Şamaxı, Şəki, Qəbələ, Kürdəmir, Şirvan, Gəncə, Tərtər, Samux, Lənkəran, Masallı) 300 respondent arasında müsahibə keçirilmiş və hesabat hazırlanmışdır. Sözü gedən hesabatı aşağıdakı linkdən yükləyə bilərsiniz.

SORĞUNUN NƏTİCƏLƏRİ HAQQINDA HESABAT


 “Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2009-cu il üçün elan etdiyi QHT-lərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqədə müvəffəqiyyətlə iştirak etmiş və QHT Şurasının maliyyə yardımı ilə “Regionlarda Kiçik və orta sahibkarların biznesin idarə olunması vərdişlərinin artırılması, Biznes-planların hazırlanması ilə bağlı tövsiyələrin nəşr edilməsi və internet səhifəsinin yaradılması” layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində respublikamızın 5 regionunda (Lənkəran, Masallı, Gəncə, Şəki, Qəbələ) 6 seminar keçirilmiş, Biznes-planların hazırlanması ilə əlaqədar metodik tövsiyyələr nəşr edilmiş və sahibkarlara yardım məqsədilə İnternet səhifəsi yaradılmışdır. Bu layihə çərçivəsində hazırlanmış metodik tövsiyələri buradan yükləyə bilərsiniz.

BİZNES PLANLARIN HAZIRLANMASI ÜZRƏ METODİK TÖVSİYƏLƏR

az en